Ana SəhifəÖDƏMƏ ÜSULLARI

ÖDƏMƏ ÜSULLARI

Almaq, sifariş etmək çox asan oldusa, ödəməsi ondan da asandır.
 
Vahid kassa (nağdı/nağdsız/elektron)
 
Ödəmə terminalları vasitəsi ilə, elektron cüzdanlar vasitəsi ilə, müxtəlif taksit kartları ilə ödəmək imkanıni istifadəyə verdik. İndi Ödəmənizdə heç bir maneə yoxdur.  Hər şey su içmək kimi asandır, yetər ki, istədiyiniz ödəmə növünü seçin, sizə gələn mesajla təlimatlanın. https://www.walletone.com/az/wallet/
 
Bank  kartı ilə ödəmə
 
İstənilən bank  kartından (Masterkard, Visa və s)   məhsulu seçdikdən sonra Goldenpay şirkəti  vasitəsi ilə  ödəniş edə bilərsiniz.
 
Taksit ( hissə-hissə ödəmə) kartları ilə ödəmə
 
Bolkart  vasitəsi ilə  ödəniləcək məbləği istənilən ödəmə müddətinə bölə bilərsiniz.
 
Qapıda ödəmə
 
Həm bank  kartı ilə həm də nağd şəkildə mal çatdırıldıqda ödəniş edə bilərsiniz.
 
Ofisdə ödəmə.
 
Əgər məhsulu tez əldə etmək istəyirsinizsə və sizə rahatdırsa, aldığınız malı gəlib bizim məkanımızdan götürüb , yerində də ödəniş edə bilərsiniz. Üstəlik də 5% endirim əldə edəcəksiniz
 
Kreditlə satış
 
 Hörmətl müştəri! Əgər hər hansısa bir məhsulu ( mobil telefon, kompyuter, məişət texnikası və s) kreditlə almaq istəsəniz aşağıdakı şərtlərlə Bank of Baku vasitəsi ilə öz istəyinizi reallaşdıra bilərsiniz.
 
yaş həddi - 20-65
 
kreditin məbləği - 150-3000 azn
 
kreditin müddəti - 6-24 ay
 
təqdim olunan sənədlər - şəxiyyət vəsiqəsi və iş yerindən arayış ( iş yerindən arayış elektron formada da olar, özünüz gətirə bilməsəniz bankin əməkdaşları bunu edə bilər, ancaq bu əlavə xidmət olduğundan 2-3 azn xidmət haqqı alınacaq)

İlkin ödəniş -0 
 
komissiya - 1%
 
Faizlər - (qalıq məbləğdən ödənilir)
6 ay - 25,40%,
9ay - 26,54%,
12 ay - 27,00%,
18 ay - 27,60%,
24 ay - 27,90%
 
Nümunə üçün - siz 1000 azn kredit götürsəniz 12 ay ərzində ödəyəcəyiniz əlavə məbləğ 155 azn olacaq, ümumilikdə banka 1155 azn qaytaracaqsınız.
 
Kreditdən istfadə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla bizim ofiimizə yaxınlaşırsınız ( istəsəniz elektron arayışı bankda əldə edə bilərsiniz) , sizə kredit şərtləriniz və ödəyəcəyiniz faizlər haqqında məlumat verdikdən sonra sənədləri təqdim edəcəyik. Həmin sənədlərlə Bankın istənilən filialına müraciət edirsiniz, bankın qərarından sonra biz sizin sifarişinizi çatdırırıq və ya bankda möhür vurulmuş qaimə ilə ofisimizə gəlirsiniz.

patternXİDMƏTLƏRİMİZ

ÇATDIRILMA

  Hörmətli müştəri! Sizin istəyinizdən asılı olaraq aşağıdkı çatdırılma ...

Ətraflı

ÖDƏMƏ ÜSULLARI

Almaq, sifariş etmək çox asan oldusa, ödəməsi ondan da asandır.   Vahid kassa ...

Ətraflı

İSTEHLAKÇI HÜQUQLARI

Hörmətli müştərimiz!   Bildiyiniz kimi sizin hüquqlarınız dövlət ...

Ətraflı

BONUS SİSTEMİ

  Əziz dostlar! Sizə, bizim fikrimizcə maraqlı bir bonus sistemi təklif ...

Ətraflı