Ana SəhifəİSTİFADƏÇİ TƏLİMATI

İSTİFADƏÇİ TƏLİMATI

Arşınmalçıya hər hansısa bir məhsulu sifariş vermək üçün kataloqdakı bölmələr üzrə istədiyiniz məhsulu seçirsiniz. Əlavə olaraq bildiririk. Ki sorğu bölməsində istədiyiniz əşyanın , brendin , istehsalçının adini yazıb axtarış edə bilərsiniz.
 
Əşyanın səhifəsində onun xarici görünüşü , xüsusiyyətləri və qiyməti ilə tanış ola bilərsiniz. İstədiyiniz vaxt Arşınmalçı ilə telefon və ya canlı əlaqə vasitəsi ilə səhifədə tapmadığınız cavabları ala bilərsiniz.
 
Əşyanı almaq istəsəniz  İndi al və ya Boxçaya at düyməsinindən istifadə edə bilərsiniz.
 
QEYD: Gələcək alış-verişinizi rahat etmək  və müştəri həvəsləndirmə sisteminə qoşulmaq üçün qeydiyyatdan keçmənizi tövsiyyə edirik. Ancaq bu vacib deyil.
 
Bundan sonra çatdırılma növünü seçməlisiniz.Çatdırılmanın ödənişli olması sizi narahat etməməlidir, bildiyiniz kimi,havayı heç nə olmur, hər işin öz qiyməti olmalıdır.Arşınmalçı özü sizin məhsulu piyada gələrək gətirə bilər və buna görə sizdən ödəniş almayacaq, amma əgər müasir nəqliyyatdan və komfortdan istifadə eləsə buna görə xərci artacaq. Elə bu səbəbdən də bəzi çatdırılmalar ödənişlidir. Hər bir halda seçim sizindir, necə məsləhət bilsəniz elə də edərik.
 
Növbəti mərhələ ödənişdir. Burda da sizə müxtəlif  ödəmə üsullarından istifadə etməyi təklif edəcəyik. 
 
Golden pay vasitəsi ilə ödəmə, BankofBakunun ödəniş sistemi, vasitəsi ilə siz bir başa öz kartınızdan saytda ödəniş edə bilərsiniz. Yetər ki siz ödəmə vasitəsini seçəsiniz və səhifədəki təlimatlara uyğun olaraq məlumatları yazasınız.
 
Bundan əlavə siz çatdırılma zamanı mobil Pos terminalımız vasitəsi ilə də kartınızla ödəniş edə bilərsiniz ya da nağd ödəniş edə bilərsiniz.
 
Ödəniş baş tutduqdan sonra sizin şəxsi kabinetinizə bu haqda məlumat gələcək. İstədiyiniz halda ödəmə çekinizi çap edə və ya onu elektron ünvana göndərə bilərsiniz.
 
Əməliyyat sona çatdıqdan sonra Arşınmalçı sizinlə əlaqə saxlayıb çatdırılma haqqında məlumat verəcək.
 
Əgər hər hansısa bir şikayətiniz,sualınız olarsa və ya bir yanlışlıq görərsinizsə xahiş edirik bizimlə əlaqə saxlayın.
 
Hörmətli müştəri bizim mağazamıza gəlmişkən, təklif edirik istehlakçı guşəsinə bir baş çəkəsiniz. Orada sizin hüquqlarınız və ümumiyyətlə ölkəmizdə ticarətin təşkilinə aid olan qanunvericiliklə tanış olasınız. Çünki siz haqlarınızı bilsəniz həmişə onları müdafiə etməyi bacaracaqsınız. 
 

Sizə xoş günlər arzusu ilə Arşınmalçı !  

patternXİDMƏTLƏRİMİZ

ÇATDIRILMA

  Hörmətli müştəri! Sizin istəyinizdən asılı olaraq aşağıdkı çatdırılma ...

Ətraflı

ÖDƏMƏ ÜSULLARI

Almaq, sifariş etmək çox asan oldusa, ödəməsi ondan da asandır.   Vahid kassa ...

Ətraflı

İSTEHLAKÇI HÜQUQLARI

Hörmətli müştərimiz!   Bildiyiniz kimi sizin hüquqlarınız dövlət ...

Ətraflı

BONUS SİSTEMİ

  Əziz dostlar! Sizə, bizim fikrimizcə maraqlı bir bonus sistemi təklif ...

Ətraflı

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası