Ana SəhifəZəmanət şərtlərimiz

Zəmanət şərtlərimiz

Arşınmalçı zəmanətsiz məhsul satmır...
 
Arşınmalçı ancaq ölkəmizə rəsmi idxal olunmuş və istehsalçı tərəfindən zəmanət verilən məhsulları sizə təqdim edir.
 
Zəmanət şərtləri qanunvericiliklə tənzimlənir, daha ətraflı məlumat almaq üçün İstehlakçı guşəsindəki normativ sənədlərlə tanış olmağınızı tövsiyə edirik.
 
Aldığınız hər bir məhsulun zəmanət müddəti var. Bu müddət 1,2 və ya 3 il ola bilər. Məhsulu alarkən mütləq zəmanət talonu və ya digər yazılı zəmanət öhdəlikləri tələb edin.
 
Biz sizin diqqətinizi aşağıdakı hallara cəlb etmək istəyirik. Bu hallarda zəmanət ləğv oluna bilər.
 
1. Məhsul təyinatı üzrə istifadə olunmayıbsa.
2. Məhsulun istifadə qaydalarında qeyd olunan tələblər və şərtlər pozulduğu halda.
3. Məhsul səlahiyyətsiz şəxslər tərəfindən təmir olunduqda
4. Məhsulda aşkarlanan qüsur istehsalçının nəzərdə tutmadığı şəkildə məhsulun konstruksiyasının, proqram təminatının və ya sxeminin dəyişdirilməsi səbəbindən yaranıbsa.
5.Məhsulun daxilinə kənar maddə, əşya, maye və ya həşəratların düşməsi səbəbindən yaranan nasazlıqlar və ya mexaniki zədələr aşkar olunubsa.
6. Nasazlıqlar viruslar və onlara oxşar proqramlar, parolun qurulması və ya dəyişdirilməsi, səlahiyyətsiz modifikasiya və ya yenilənmə olarsa.
 
Xahiş edirik zəmanət şərtlərinə və məhsulun istifadə qaydalarına əməl edəsiniz...

patternXİDMƏTLƏRİMİZ

ÇATDIRILMA

  Hörmətli müştəri! Sizin istəyinizdən asılı olaraq aşağıdkı çatdırılma ...

Ətraflı

ÖDƏMƏ ÜSULLARI

Almaq, sifariş etmək çox asan oldusa, ödəməsi ondan da asandır.   Vahid kassa ...

Ətraflı

İSTEHLAKÇI HÜQUQLARI

Hörmətli müştərimiz!   Bildiyiniz kimi sizin hüquqlarınız dövlət ...

Ətraflı

BONUS SİSTEMİ

  Əziz dostlar! Sizə, bizim fikrimizcə maraqlı bir bonus sistemi təklif ...

Ətraflı